Gürcüstanda koronavirusa 4 yeni yoluxma halı qeydə alınıb, sağalanların sayı isə daha 4 nəfər artıb

Gürcüstanda koronavirusa yoluxan şəxslərin sayı 4 nəfər artaraq 943 nəfər olub.


Bu barədə məlumat hökumət tərəfindən xüsusi olaraq yaradılmış stopcov.ge veb saytında yerləşdirilib.

Sağalanların sayı isə daha 4 nəfər artaraq 821-ə çatıb. Karantin rejimində 3080, stasionar nəzarət altında isə 242 nəfər var. Ölkədə koronavirus səbəbindən bu günə kimi 15 nəfər həyatını itirib.

Bunlarla yanaşı, 3 Gürcüstan vətəndaşı müalicə mqəsədilə xaricdən ölkəyə gətirilib.


 

Print Email
FaceBook Twitter Google