Gürcüstanda Covid pasportun qiyməti nə qədərdir

Gürcüstanda yalnız bir neçə klinika və şirkət Covid pasportu verə bilər.


Bu şəxsin koronavirusa yoluxmadığını təsdiqləyən bir sənəddir. Qiymətlər test növü və xidmətə görə dəyişir. Ancaq Gürcüstan sərhədini tərk etmək istəyən hər kəs bu sənədi əldə etməlidir. Sahibi pasport və uçuş biletləri ilə yanaşı Covid pasportunu da daima yanında aparmalıdır.

Sənəddə şəxsin həmin anda Covid-19-a yoluxmadığını təsdiqləyən bir PCR testinin cavabı olmalıdır. Test uçuşdan 48 və ya 72 saat əvvəl keçirilmiş olmalıdır. Qiymətlərə gəldikdə, Gürcüstanda Covid pasportunu “Neolab”da almaq mümkündür və qiyməti 110 laridir, cavab tələbə müvafiq olaraq ingilis dilində də verilir. "Megalab"da xidmətin qiyməti 170 laridir, bununla yanaşı, bilavasitə çağırışla gedərək test üçün analiz nümunəsi götürmək və cavabını yerində təqdim etmək 250 laridir.

"Testdən keçmək istəyənlərin sayı çox deyil. Ancaq onu alan hər kəsə cavab ingilis dilində lazımdır. Bu isə bu testin cavabının xaricdə təqdim edilməli olduğunu göstərir", – “
Neolab” klinikasının yoluxucu xəstəliklər üzrə həkimi Maia Butsaşvili BMG ilə söhbəti zamanı bildirib.

Onun sözlərinə görə, pandemiya zamanı təhlükə çox olduqda və insanlar özlərini sığortalayanda Covid-19 analizlərinə vətəndaşlar tərəfindən böyük tələbat var idi. Maia Butsaşvili deyir ki, Gürcüstan iyulun 1-də beynəlxalq sərhədlərin açılacağını elan edəndə səyahət etmək istəyənlər daha da fəallaşdılar. Bu gün sərhədlər açılmadığı üçün Covid pasportu tələb edən vətəndaşların sayı nisbətən azdır.

Mənbə: BM

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər