Çimərliklərdə hansı tövsiyələrə əməl etməliyik

İyul ayının başlaması ilə daha çox insan dəniz kənarlarına tətilə gedir. Səhiyyə Nazirliyi çimərlikdə necə davranılması barədə tövsiyələr hazırlayıb.



Əsas tövsiyələr

Sahil ərazisində infrastrukturlarda COVİD-19-un yayılmaması üçün qabaqlayıcı tədbirlər barədə məlumatlar yerləşdirilməlidir;
Sahil zolağında piyadalar üçün cığırlar, habelə sahilin zonalara bölünməsinin mümkünlüyünü mühümdür;
Sahil zolağı vaxtaşırı birdəfəlik torbalarla zibillərdən təmizlənməlidir, oradan da bağlı vəziyyətdə zibil konteynerlərinə daşınmalıdır. Sahil zolağının təmizlənməsində iştirak edən şəxslər əlcək və maskalarla təchiz olunmalıdırlar.  

Çimərlik infrastrukturları üçün öhdəliklər (dəniz nəqliyyatı, şezlonq/çətir, skuter, velosiped və s.)

İşə başlamazdan əvvəl işçilər termoskrindən keçməlidirlər;
İşçilərin əllərini təmizləməsi üçün ən az 60% -70% alkoqol tərkibli gigiyena vasitəsi olmalıdır;
Nağdsız ödənişlərə üstünlük verilməlidir, əks halda əlcəklərdən istifadə edilməlidir;

Məsafəyə riayət edin;

Şezlonqlar üçün yumşaq, uducu örtüklərin istifadəsi qadağan edilməlidir;
Su nəqliyyatı – skuter, velosiped, qayıq, həmçinin şezlonq, çətir və digər atributlar istifadə edildikdən sonra dezinfeksiya edilməlidir.
Qapalı məkanların girişində dezobaryer qoyulmalıdır ki, bu da müvafiq “məcburi işarəsi” ilə işarələnməlidir.
Açıq məkanda yerləşən duş və tualetlər üçün tələblər

Sanitariya qurğuları və duşlar ən azı 2 saatdan bir yığışdırılmalı, təmizlənməli və dezinfeksiya olunmalıdır;
Sanitariya qurğusunu təmizləmək üçün istifadə olunan kimyəvi maddələr və dezinfeksiya vasitələri bu məqsəd üçün nəzərdə tutulmuş xüsusi bağlı yerdə/şkafda, orijinal/istehsalçının qablaşdırmasında saxlanılmalıdır ki, etiketinə görə fərqləndirilməsi mümkün olsun və obyektin qonaqları və fəaliyyəti həmin vasitələrdən istifadə ilə bağlı olmayan əməkdaşları üçün əlçatan olmasın.
Xadimələr üçün vacibdir: maska, birdəfəlik xalat, xüsusi/qalın əlcəklər; gözlərin qorunması üçün vasitə (gözlük və ya üz qalxanı).

İşçilərin vəzifələri
İş yerində gigiyenaya riayət olunması;
İşi yerinə yetirərkən fərdi qoruyucu vasitələrdən istifadə;
İş bitdikdən sonra yer və alətlər dezinfeksiya edilməlidir;
Əllərin tez-tez yuyulması və dezinfeksiya. Ən azı 60-70% spirt tərkibli əl təmizləyicisindən istifadə edilməlidir;
Əllərinizlə gözlərinizə, burnunuza və ağzınıza toxunmaqdan çəkinin. İş vaxtı saç və üz arasındakı təması məhdudlaşdırmaq üçün saçları möhkəm şəkildə yığın.

Ziyarətçilər üçün tələblər

Bu tövsiyədə göstərilən qaydalara və virusun yayılmasına qarşı profilaktik tədbirlərə əməl edin;
Öskürərkən və ya asqırarkən ağzınızı təmiz dəsmal və ya bükülmüş dirsəyinizin iç tərəfi ilə örtün. İstifadə olunmuş birdəfəlik dəsmalı zibil qutusuna atın.
წყარო: On

 

Print Email
FaceBook Twitter Google