Gürcüstanda koronavirusa 5 yeni yoluxma halı qeydə alınıb, sağalanların sayı isə daha 8 nəfər artıb
Gürcüstanda koronavirusa yoluxanların sayı 5 nəfər artaraq 958
nəfər olub.
Bu barədə məlumat hökumət tərəfindən xüsusi olaraq yaradılmış
stopcov.ge veb saytında yerləşdirilib.
Sağalanların sayı isə daha 8 nəfər artaraq 838-ə çatıb. Hazırda
karantin rejimində 3903, stasionar nəzarət altında isə 202 nəfər
var. Ölkədə koronavirus səbəbindən bu günə kimi 15 nəfər həyatını
itirib.
Bunlarla yanaşı, 3 Gürcüstan vətəndaşı müalicə məqsədilə xaricdən
ölkəyə gətirilib.