Laqodexinin Qabal kəndində 50 yaşlı kişi odlu silahla
yaralanıb.
Laqodexi bələdiyyəsinin Qabal kəndində 50 yaşlı kişi odlu silahla
yaralanıb.
O, baş və qarın nahiyəsindən xəsarət alıb. Yerli sakinlərin
sözlərinə görə, mübahisə zəmnində tərəflər arasında qarşıdurma bir
evdə qonaqlıqda olduqları an baş verib.
Xəsarət alan şəxs Laqodexi "Arkimedik" klinikasına aparılıb və
əməliyyat edilib.
25 yaşlı iddia edilən müttəhimə gəldikdə isə o, hadisə yerindən
qaçıb. Bu müddət ərzində isə avtomobil qəzasına düşdüyü və xəsarət
aldığı bildirilir. Hadisə ilə bağlı istintaq davam edir.