Laqodexi rayonunun Qabal kəndində 50 yaşlı kişi yaralanıb

Laqodexinin Qabal kəndində 50 yaşlı kişi odlu silahla yaralanıb.


Laqodexi bələdiyyəsinin Qabal kəndində 50 yaşlı kişi odlu silahla yaralanıb.

O, baş və qarın nahiyəsindən xəsarət alıb. Yerli sakinlərin sözlərinə görə, mübahisə zəmnində tərəflər arasında qarşıdurma bir evdə qonaqlıqda olduqları an baş verib.

Xəsarət alan şəxs Laqodexi "Arkimedik" klinikasına aparılıb və əməliyyat edilib.

25 yaşlı iddia edilən müttəhimə gəldikdə isə o, hadisə yerindən qaçıb. Bu müddət ərzində isə avtomobil qəzasına düşdüyü və xəsarət aldığı bildirilir. Hadisə ilə bağlı istintaq davam edir.

Mənbə: İnterPressNews



 

Print