Milli Ətraf Mühit Agentliyindən bildirilib ki,
bu gün Gürcüstanın qərb dağlıq ərazilərində havanın maksimal
temperaturu 40, 42 dərəcəyə, dağlıq ərazilərdə 35, 37 dərəcəyə,
Qara dəniz sahillərində isə 33,35 dərəcəyə qədər yüksələ bilər.
İyulun 7-8-də Şərqi Gürcüstanda havanın maksimal temperaturunun
Bari bölgəsində 34,39, dağlıq ərazilərdə 29,34 dərəcə isti olacağı
gözlənilir.
Havanın yüksək temperaturu meşə yanğınlarına səbəb olur. İyulun
8-də günün ikinci yarısından iyulun 11-dək Gürcüstan ərazisində
nisbətən sərin olacaq.
Vaxtaşırı yağış yağacağı, bəzi yerlərdə şimşək çaxacağı, dolu,
güclü külək və dənizdə 2-3 bal gücündə fırtına ola biləcəyi ehtimal
olunur.
Gözlənilən leysan yağışları Gürcüstan çaylarında suyun səviyyəsinin
əhəmiyyətli dərəcədə artmasına, kiçik çayların daşmasına və ölkənin
dağlıq ərazilərində torpaq sürüşməsinə səbəb ola bilər.