Xəbərlər
Ayasofyanın neytral məkan olaraq qalması müdrik addım olardı – Patriarxlıq
Gürcüstanın pravoslav kilsəsi patriarxlığı Ayasofya muzeyinin statusunun dəyişdirilməsinə rəy bildirib. Bu gün, 9 iyul tarixində yayımlanan bəyanatda qeyd olunub ki, kilsə Türkiyənin suverenliyinə hörmətlə yanaşır, ancaq yaxşı olar ki, tikili yenə də neytral məkan olaraq qalsın.

“Məlumdur ki, Türkiyə tərəfindən bu bəyanatın verilməsinin müəyyən səbəbləri olub. Ancaq indi bəşəriyyət bir çox problem qarşısında dayandığı vaxtda xristianlıq və müsəlmanlıq arasında xoş münasibətin saxlanılmasının böyük əhəmiyyəti var. Düşünürük ki, bu gün Ayasofyanın yenidən neytral məkan olaraq qalması müdrik addım olardı.

Türkiyə Cümhuriyyətinin suverenliyinə hörmətlə yanaşırıq, ümid edirik ki, bu yanaşma dost ölkələr tərəfindən daxili məsələlərə müdaxilə kimi deyil, bizim, qədim pravoslav kilsəsinin fikri və ürək ağrısı olaraq qəbul olunacaq”,
– bəyanatda deyilir.

Patriarxlıq ümid edir ki, Türkiyə və Gürcüstan arasında olan münasibətlər daha da dərinləşəcək və bu “hər iki ölkənin xeyrinə baş verəcək”.

Mənbə: Netgazeti
FaceBook Twitter Google
Riçard Luqar Mərkəzinin COVID-19 ilə mübarizədə artan əhəmiyyəti ilə, illərdir laboratoriya ilə bağlı müxtəlif konspirasiyalar hazırlayan Kreml mətbuatı diaqnoz mərkəzinin əhəmiyyətini şübhə altına almağa çalışır və Luqarın son müsbət qiymətləndirmələrinin şişirdildiyini iddia edir.
Read more...
04:00 / 05.08.2020
Məsafə saxla