Yayımçılıq sahəsindəki 2 qanun layihəsinə Parlament qarşısında etiraz edirlər
10 iyul tarixində Tbilisidə, Parlament binası qarşısında etiraz aksiyası keçirilib. Aksiyada qeyri-hökumət təşkilatları və yayımçıların bir qismi Parlamentə təqdim olunmuş 2 qanun layihəsinə görə etirazını bildiriblər. Onlar hökuməti qanun layihəsini geri çəkməyə çağırıblar.

Qanun layihələrindən biri Kommunikasiyalar Komissiyasına elektron kommunikasiya sahəsində işləyən subyektlərə xüsusi idarəçilik təyin etmək hüququ verir. Digər qanun layihəsində isə deyilir ki, tənzimləyicinin qərarının məhkəməyə şikayət olunması onun dayandırılmasına səbəb olmayacaq.

Mətbuat və qeyri-hökumət təşkilatlarının bir qismi hesab edir ki, Gürcüstan hökumətinin iki yeni qanun layihəsi tele-mətbuata nəzarət imkanı yaradır və qeyri-müəyyəndir. Aksiyanın təşkilatçısı “Mətbuatın təbliğatı naminə” koalisiyasıdır.

Aksiya iştirakçılarının bildirdiyinə görə, onlar bu gün komitə iclasında qanun layihəsindəki səhvlərdən danışmağı planlaşdırırlar.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər