7 iyul tarixində vahid milli imtahanlarda iştirak edən
abituriyentdə koronavirus təsdiqlənib.
Bu barədə Təhsil Nazirliyində baş tutan brifinqdə məlumat verilib.
Amiran Qamkrelidzenin bildirdiyinə görə, 9 abituriyent və
müşahidəçi müvafiq yoxlamalardan keçirilir. Onun sözlərinə görə,
virusa yoluxmuş abituriyentin vəziyyəti qənaətbəxşdir.
Qamkrelidzenin sözlərinə görə, srağagün təsdiqlənmiş hallardan
birinin təmasları araşdırılan zaman aşkarlanıb ki, həmin şəxslə
təmasda olanlardan biri 7 iyul imtahanlarında iştirak edən
abituriyentdir.
“Bizim xidmət Gürcüstanın regionlarından birində
yoluxanların təmaslarını araşdıran zaman bir nəfərdə koronavirus
təsdiqlənib və həmin şəxs 7 iyul tarixində vahid milli imtahanlarda
iştirak edib”, – Amiran Qamkrelidze bildirib.