სიახლე
Əfqanıstanda olan 28 gürcü hərbçisində covid-19 təsdiqlənib, onlar Gürcüstana gətiriliblər

Gürcüstanın Müdafiə Nazirliyinin məlumatına görə, “Qətiyyətli dəstək” missiyası ilə Əfqanıstanda rotasiyada olan kontingentdən 28 hərbçidə koronavirus təqsdiqlənib.


Qurumdan bildirirlər ki, onlar xüsusi reyslə Almaniyanın hava qüvvələrinin hərbi təyyarəsi ilə, rotasiya ilə nəzərə alınmış vaxtdan bir neçə həftə əvvəl Gürcüstana gətiriliblər.

Nazirliyin məlumatına görə, əsgərlərin vəziyyəti qənaətbəxşdir.

“Onlarla birgə həkimlər və başqa tibb heyəti də olub. Hərbçilərin vəziyyəti qənaətbəxşdir. Əlamətlərdə isə ağırlaşma və şikayətlər yoxdur. Yoluxma mənbəyi isə yerli əfqan heyəti ilə bağlıdır”, – qurumdan bildirirlər.

Qurumun məlumatına görə, hərbi xidmətçilər Gürcüstana uçana qədər NATO-nun komandanlığı altında olan şəxsi tərkib kimi NATO tərəfindən tətbiq olunmuş qaydalara riayət edərək xüsusi təcrid sahələrinə yerləşdiriliblər. Qurumdan bildiriblər ki, missiyada olan başqa gürcü hərbçilərinin virusa yoluxma təhlükəsi yoxdur.

Hərbi xidmətçilər müvafiq tibbi xidmət və müalicəni Qori hərbi hospitalında davam etdirəcəklər. Qalan hərbi xidmətçilər isə ölkəyə qayıtdıqdan sonra virusun qarşısının alınması məqsədi ilə tətbiq edilmiş qaydaya uyğun olaraq 2 həftəlik karantində qalacaqlar.

Mənbə: On

 

FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər
Riçard Luqar Mərkəzinin COVID-19 ilə mübarizədə artan əhəmiyyəti ilə, illərdir laboratoriya ilə bağlı müxtəlif konspirasiyalar hazırlayan Kreml mətbuatı diaqnoz mərkəzinin əhəmiyyətini şübhə altına almağa çalışır və Luqarın son müsbət qiymətləndirmələrinin şişirdildiyini iddia edir.
Read more...
04:00 / 05.08.2020
Məsafə saxla