Xəbərlər
Təbii fəlakətdən zərər çəkmiş ailənin çadırdakı həyatı

Təkəli kənd sakini İlham Kərimov may ayından bəri meriyadan evinin təmir edilməsini tələb edir. Güclü külək nəticəsində evin dam örtüyü uçub. Üç nəfərlik ailə bu gün də kirayəyə götürdüyü çadırda yaşayır.


Marneulinin əksər kəndlərində olduğu kimi Kərimovun ailəsi də həyətdə becərdiyi məhsulla ehtiyacını qarşılayır. Ancaq onların təsərrüfatı çox kiçikdir və ailənin ehtiyaclarını qarşılamaq üçün kifayət deyil.

İlham Kərimovun həyat yoldaşı Azərbaycan vətəndaşıdır, Gürcüstanda ona heç bir yardım düşmür. Ona görə də ailə sosial yardım tələb edə bilmir. Vəfa Kərimova bir neçə ay əvvəl əməliyyat olunub. Həyat yoldaşı və qızları ailə təsərrüfatı ilə məşğuldur.

Qaçağan ərazi vahidliyinin müvəkkili Ehtiram Əliyev “Marneuli” radiosu ilə video çəkilişlərə razılaşmadı. Telefon söhbəti zamanı isə qeyd etdi ki, evin təmiri, yaxud ailəyə yardımın verilməsi meriyanın qərarından asılıdır.

Kərimovlar ailəsi meriyadan evin tikilməsi ilə bağlı yardım istəyir. Köhnə ev gil ilə tikilib və indi onu təmir etməyin, orada yaşamağın mənası yoxdur. Qohumların köməyi ilə yeni kiçik evin bünövrəsi qoyulub. Ailə yerli özünüidarəyə müraciət edir ki, gələn qışı nisbətən isti şəraitdə qarşılasın.

 

FaceBook Twitter Google
Riçard Luqar Mərkəzinin COVID-19 ilə mübarizədə artan əhəmiyyəti ilə, illərdir laboratoriya ilə bağlı müxtəlif konspirasiyalar hazırlayan Kreml mətbuatı diaqnoz mərkəzinin əhəmiyyətini şübhə altına almağa çalışır və Luqarın son müsbət qiymətləndirmələrinin şişirdildiyini iddia edir.
Read more...
04:00 / 05.08.2020
Məsafə saxla