Gürcüstandan daha 200 Azərbaycan vətəndaşı təxliyə edilir.
Təxliyə edilən şəxslər hazırda Tbilisidə Azərbaycanın Gürcüstandakı
səfirliyinin binasının qarşısına toplanır. Onlar saat 10:00-da
buradan xüsusi avtobuslarla Sınıq Körpü sərhəd-keçid məntəqəsinə
yola salınacaq.
Qeyd edək ki, təxliyyə ediləcək vətəndaşlar iyulun 11-də
Tbilisidəki klinikalardan birində “PCR” testlərindən keçirilib və
onların heç birində COVİD-19 virusu aşkarlanmayıb.
Təxliyə edilənlərin Azərbaycanda karantinə alınmayacağı və onlara
qeydiyyatda olduqları bölgələrə getmələri üçün bir günlük sərbəst
hərəkət icazəsi veriləcəyi bildirilib.
Mənbə: apa.az