Ermənistanın Müdafiə Nazirliyi Azərbaycanın istehkamlarının dağıdılması barədə video yayımladı
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanata cavab olaraq, Ermənistan Müdafiə Nazirliyi, Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan tərəfin istehkamlarının dağıdılmasının görüntüləri yayımlayıb.

"Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tavuş rayonunun sərhəd yaşayış məntəqələrinə artilleriya atəşi açan Azərbaycan istehkamlarını məhv edir", – deyə Ermənistan Müdafiə Nazirliyi videoçarxda bildirib.

Azərbaycan Müdafiə Nazirliyi bu gün erməni tərəfində məhv edilmiş hərbi texnika və qurğular barədə məlumat və video görüntüləri yayımlamışdı.

555

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google