Marneuli bələdiyyəsinin yerli özünüidarəetməsi ictimai məlumat vermir
Marneuli bələdiyyəsinin yerli özünüidarəetməsi ictimai məlumat vermir.

“Marneuli” radiosu artıq 35 iş günüdür ki, Nəriman Nərimanovun abidəsi ilə bağlı meriyadan məlumat gözləyir. Meriyanın inzibati xidmət rəhbəri Nino Dekanoidze 25 iyun tarixində bildirdi ki, bizə göndəriləcək məktub artıq hazırdı, amma merin imzası olmadan onu göndərə bilməzlər.

“Marneuli” radiosunun tələb etdiyi daha dörd məlumatda da merin imzası çatışmır.

Meriyanın vətəndaşlara xidmət şöbəsindən bildirirlər ki, müvafiq xidmətlər artıq məktuba cavab hazırlayıb və məktubları təhvil vermək üçün yalnız merin imzası lazımdır.

Marneuli bələdiyyəsinin meri Zaur Darğallı “Marneuli” radiosuna bir aydan artıqdır ki, müsahibə vermir. Marneuli və Hucabinin yepiskopu Qiorqi 24 may tarixində həftə ayinində Marneuli merindən Nəriman Nərimanovun abidəsinin sökülməsini tələb etdikdən sonra mer “yoxa çıxıb”.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər