Gürcüstan vətəndaşları işləmək üçün Türkiyəyə gedə biləcəklər, geri qayıdanda isə karantində qalmağa məcbur olacaqlar
Acarıstan hökumətinin rəhbəri Tornike Rijvadzenin sözlərinə görə, Gürcüstan vətəndaşları Türkiyəyə işləmək üçün gedə biləcəklər.

İdarələrarası Koordinasiya Şurasının iclasından sonra keçirilən brifinqdə bildirdiyinə görə, Türkiyədə işləmək istəyən bütün vətəndaşlardan işəgötürən tərəfindən veriləcək rəsmi 3 aylıq bildiriş təqdim etməsi tələb olunur.

“Koordinasiya Şurasının iclasında Türkiyəyə işləmək istəyən vətəndaşlarımız haqqında müzakirələr apardıq. Qərara gəldik ki, Gürcüstan vətəndaşları və ilk növbədə Acarıstan sakinləri Türkiyə Respublikasından bir işəgötürənin verdiyi üç aylıq dəvətnamələr əsasında Türkiyəyə işləmək üçün gedə bilsinlər, lakin geri qayıtdıqları zaman karantində qalmaları tələb olunacaq”, – deyə Rijvadze bildirib.


Print Email
FaceBook Twitter Google