4 avqust: koronavirusa 3 yeni yoluxma halı aşkarlandı, 3 nəfər isə sağaldı
4 avqust səhər saatlarına olan məlumatlara görə, Gürcüstanda son 24 saat ərzində koronavirusa 3 yeni yoluxma halı aşkarlanıb, daha 3 xəstə isə sağalıb.

Hökumətin rəsmi stopcov.ge veb-saytının verdiyi məlumata görə, Gürcüstanda Covid-19-a ümumilikdə 1182 yoluxma halı təsdiqlənib ki, onlardan da 962 nəfər sağalıb, 17 nəfər isə vəfat edib.

Digər məlumatlara gəlincə, hazırda 7007 nəfər karantin rejimində, 280 nəfər isə stasionarda nəzarət altındadır.

Xaricdən müalicə üçün gətirilmiş Gürcüstan vətəndaşlarının sayı isə 41 nəfərdir.
Print Email
FaceBook Twitter Google