Tamar Baçaliaşvilinin anası FTB işə qarışmasa aclıq aksiyasına başlayacağını bildirib
Mərhum 23 yaşlı Tamar Baçaliaşvilinin anası Teona Tamazaşvili hökumət tərəfindən qızının ölümü məsələsinə reaksiya olmadığı və ABŞ Federal Təhqiqat Bürosunun işə qoşulmadığı təqdirdə aclıq aksiyasına başlayacağını bildirib.
Onun jurnalistlərə bildiridiyinə görə, ailənin istəyi ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan ilə görüşdür.

“Gürcüstan hökuməti qızımın qətlini araşdırmaq üçün gücsüz olduğuna görə Federal Təhqiqat Bürosunun iştirakını tələb edirəm. Həmçinin, Kelli Deqnan ilə görüş tələb edirəm ki, Amerika xalqı qızımın qətli hadisəsini yaxından bilsin və mənim yanımda dayansın, çünki qatillər yüksək vəzifəli şəxslərdir və mən heç vaxt ədalət əldə edə bilməyəcəyəm. Amerika xalqı, xahiş edirəm yanımda durun.

Əsas tələbimiz Gürcüstan hökumətinin FTB-nin iştirakından imtina etməməsidir. Ehtimal edirəm ki, Kelli Deqnan da anadır və övladları var, ona görə də onunla bilavasitə görüşmək istəyirəm. Sizə yalvarıram, qarşınızda diz çökürəm…. Ədalətə nail ola bilmirəm.. Əgər, heç bir münasibət bildirməsələr, bu səfirliyin qarşısında aclıq aksiyasına başlayacağam. 3 gün gözləyəcəyəm, rəsmi məktub göndərilib və FTB bu işə qarışmasa, bunu bütün ölkənin qarşısında elan edirəm ki, şəxsən burada oturub aclıq aksiyası keçirəcəyəm",
– deyə Teona Tamazaşvili bildirib.

Xatırladaq ki, Tamar Baçaliaşvili iyulun 18-də itkin düşmüş, sonuncu dəfə Tetritskaro rayonundakı müşahidə kameraları tərəfindən görülmüşdü. 5 günlük axtarışdan sonra Tetritskaro meşəsi yaxınlığında şəxsi avtomobilində ölü tapılmışdı.

Baçaliaşvilinin işi ilə əlaqədar istintaq qanunsuz azadlıqdan məhrum etmə maddəsi ilə başlamışdı, daha sonra işə intihar həddinə çatdırma maddəsi də əlavə edildi.

Print Email
FaceBook Twitter Google