“Avropalı Gürcüstan”-ın liderlərindən olan Qiqa Bokeria hesab edir
ki, müxalifət partiyaları baş nazir postuna namizədlərini
əvvəlcədən irəli sürə bilər, lakin hökumət koalisiyasında hansı
tərəfin namizədinin olacağı danışıqlar mövzusu olacaq.
Bokeria "Avropalı Gürcüstan"-ın baş nazir vəzifəsinə kimi namizəd
irəli sürəcəyi müzakirə etdiyini açıqlamır.
“Vahid Milli Hərəkat”-ın namizədinə gəldikdə isə, Bokeria keçmiş
prezident Mixeil Saakaşvilinin baş nazir vəzifəsinə namizəd
olmasının səhv addım olacağını düşünür.“Çünki Saakaşvili heç bir
halda qarışıq müxalifətdə baş nazir ola bilməyəcək. Bu qarışıq
müxalifətdə ciddi kütlənin dəstəyini qazanma şansları acınacaqlıdır
və hüquqi maneələr də var. O, məcburi qaçqındır, Gürcüstana
qayıtmaq və siyasi həyatda iştirak etmək şansı olmalıdır, amma bu
dərhal baş verməyəcək. Bu seçkidən sonrakı seçkidə onun öz
partiyasından namizəd olma şansı daha çox olacaq", –
deyə Qiqa Bokeria Birinci Kanalın efirində bildirib.
Gürcüstanın keçmiş baş naziri Mixeil Saakaşvili hadisələrin
gedişini gözləyəcəyini və baş nazir vəzifəsinə namizəd olacağı
barədə danışmayacağını bildirib.