Daxili İşlər Nazirliyinin məlumatına görə, yoxa çıxmazdan bir gün əvvəl Tamar Baçaliaşvili kompüterindən "ölüm halında “Facebook” səhifəsi ilə nə baş verəcəyi" barədə məlumat əldə edib və bir ay əvvəl internetdə intihar barədə məqalələr axtarıb
Gürcüstan Daxili İşlər Nazirliyi Tamar Baçaliaşvili işinin istintaqı ilə bağlı aralıq məlumatlar yayımlayıb.

“5 Avqust 2020-ci il tarixində, Levan Samxarauli adına Milli Məhkəmə-Tibbi Bürosunun ailə hüquqşünasının da qatıldığı kompüter məhkəmə ekspertizasının cavabı məlum oldu. Ekspertizanın nəticəsinə görə, Tamar Baçaliaşvilinin "Apple" noutbukunun yaddaşında foto-video sənədləri və kompüterin yaddaşındakı veb-saytlara giriş tarixçəsi tapıldı. Ekspertizanın hesabatına və yoxlama protokoluna görə, Tamar Baçaliaşvili 17 iyul 2020-ci ildə, yoxa çıxmadan bir gün əvvəl saat 18:36-da “Facebook” səhifəsinin yardım bölməsinə daxil olub: What will happen to my “Facebook” account if I pass away? Azərbaycan dilində tərcüməsi: - Mən ölsəm, “Facebook” hesabıma nə olacaq? Eyni dəqiqədə, Tamar Baçaliaşvili tərəfindən “Google”-da aşağıdakı mətn qeyd edilib və axtarılıb
– “facebook cancel account after death: tərcüməsi: ölümdən sonra “Facebook” hesabının ləğvi.

Tamar Baçaliaşvili 18 iyun 2020-ci ildə, yoxa çıxmazdan bir ay əvvəl – saat 00:16:37-də “Google” axtarış sistemində bu sözləri yazıb: best ways for suicide – tərcüməsi: intihar etməyin ən yaxşı yolları. Həmin gün saat 00:05:51-də Vikipediya xəbər saytına daxil olub – Suicide methods – Wikipedia, tərcüməsi: İntihar üsulları, keçid başlığı ilə bu Wikipedia ingilis dilində bu məqalə açılır: Suicide methods. Bu məqalədə intiharın müxtəlif yolları təsvir olunub.

Hesabata görə, veb saytlara girmə tarixindən və 22 iyul 2020-ci ildə Tamar Baçaliaşvilinin maşınının yoxlama protokolundan aydın olur ki, avtomobildə tapılan dərmanlar və yoxa çıxmasından bir gün əvvəl 17 iyul 2020-ci il tarixində “GOOGLE” axtarış sistemində axtarılan dərmanların bir hissəsi bir-biri ilə uyğun gəlir.
Buradaca nəzərinizə çatdırırıq ki, Tamar Baçaliaşvilinin işlədiyi şirkət “ZAG” MMC 30 dekabr 2015-ci ildə qeydiyyata alınmışdır. Direktoru Tamar Koberidze olub.

İlkin mərhələdə Nikoloz Qecadze 100% səhmlərə sahib olub və 30 yanvar 2018-ci ildən etibarən Abraham Reichbach səhmlərə 100% sahib olub. Bu mərhələdə "ZAG" şirkətinin Gürcüstanda fəaliyyət göstərmədiyi və fəaliyyətinin beynəlxalq sifarişlərlə əlaqəli olduğu müəyyənləşdirilib. Şirkətin fəaliyyətini öyrənmək üçün istintaq tədbirləri görülür. Tamar Baçaliaşvilinin işi intensiv araşdırılır və ekspertizalar aparılır. Nazirlik ailə ilə fəal təmasdadır. Bu barədə ictimaiyyətə vaxtaşırı məlumat veriləcək.

Yüksək ictimai maraq səbəbindən, Tamar Baçaliaşvilinin kompüterindən çıxarılan məlumatların bir hissəsini yayımlayırıq", – Daxili İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

Print Email
FaceBook Twitter Google