"FTB bunun intihar olduğuna dair nəticə çıxarsın, ondan
sonra inanacağam!" – bu sözləri “İnterpressNews”-a
açıqlamasında 23 yaşlı Tamar Baçaliaşvilinin anası Teona
Tamazaşvili deyib. O, bu sözləri ilə Tamarın yoxa çıxmasından bir
gün əvvəl internetdə "ölüm halında Facebook səhifəsi ilə nə baş
verir?" və bir ay əvvəl intihar yolları haqqında məqalələr
axtarması haqqında DİN-in yaydığı bəyanata münasibət bildirib.
Teona Tamazaşvilinin sözlərinə görə, Daxili İşlər Nazirliyinin bu
ifadəsinin doğruluğuna inanmır.
"Mən onlara inanmıram! Bu məlumat həqiqətən etibarlı
deyil, bəlkə internetdə Tetritskaro rayonunda ölməyin daha asan
olduğunu da görüblər, başqa yerdə yox? Mən bu gün həmin Çelidze ilə
görüşdə idim və hətta ona dedim ki, uşağın meyiti hələ evə
gətirilməmişdi ki, məktubu və dərmanı dərhal tapdınız, amma
psixoloqu və qatili tapa bilmədiniz. Siz dərhal intihar yarlığı
yapışdırmaq istədiniz. Bütün bunları yenidən aktivləşdirdilər,
çünki biz FTB-nin işə qarışmasını tələb etdik. Bəli, qoy FTB
intihar olduğu haqda nəticə çıxarsın, ondan sonra intihar olduğuna
inanacağam, mən onlara inanmıram! Biz indi daha güclü olacağıq və
FTB-nin qoşulmasını daha çox tələb edəcəyik", – deyə
Teona Tamazaşvili bildirib.