6 avqust səhər saatlarına olan məlumatlara görə, Gürcüstanda son
24 saat ərzində koronavirusa 9 yeni yoluxma halı aşkarlanıb, daha
13 xəstə isə sağalıb.
Hökumətin rəsmi stopcov.ge veb-saytının verdiyi məlumata görə,
Gürcüstanda Covid-19-a ümumilikdə 1206 yoluxma halı təsdiqlənib ki,
onlardan da 987 nəfər sağalıb, 17 nəfər isə vəfat edib.
Digər məlumatlara gəlincə, hazırda 7071 nəfər karantin rejimində,
294 nəfər isə stasionarda nəzarət altındadır.
Xaricdən müalicə üçün gətirilmiş Gürcüstan vətəndaşlarının sayı isə
41 nəfərdir.