Xəbərlər
Hökumət 17 yaşına qədər uşaqlara birdəfəlik 200 lari yardım göstərəcək

Gürcüstanın Baş naziri Qiorqi Qaxarianın bəyanatına görə, 17 yaşa qədər bütün Gürcüstan vətəndaşı olan uşaqlar 200 larilik yardım alacaq.



Qaxarianın sözlərinə görə, böhran dövründə uşaqlara sosial yardım baxımından bu ən vacib addım olacaq.

“İqtisadi böhranda, bizim vətəndaşlar və ilk növbədə 17 yaşa qədər uşaqlar dövlət tərəfindən 200 lari yardım alacaq. Bu böhranda və əlbəttə tədris ilinin başlanmasında və təhsil prosesində uşaqlara göstərilən ən vacib sosial yardımlardan biri olacaq. Gürcüstan vətəndaşı olan 17 yaşına qədər bütün uşaqlar dövlət tərəfindən birdəfəlik 200 larilik yardım alacaq və bu yardım böhranda uşaqlarımıza sosial baxımdan dəstək olmaq və tədris ilinin başlamasına görə həyata keçiriləcək”- Qiorqi Qaxaria bildirib.

 


 

 

FaceBook Twitter Google