Gürcüstanın Baş naziri Qiorqi Qaxarianın bəyanatına görə, 17
yaşa qədər bütün Gürcüstan vətəndaşı olan uşaqlar 200 larilik
yardım alacaq.
Qaxarianın sözlərinə görə, böhran dövründə uşaqlara sosial yardım
baxımından bu ən vacib addım olacaq.
“İqtisadi böhranda, bizim vətəndaşlar və ilk növbədə 17
yaşa qədər uşaqlar dövlət tərəfindən 200 lari yardım alacaq. Bu
böhranda və əlbəttə tədris ilinin başlanmasında və təhsil
prosesində uşaqlara göstərilən ən vacib sosial yardımlardan biri
olacaq. Gürcüstan vətəndaşı olan 17 yaşına qədər bütün uşaqlar
dövlət tərəfindən birdəfəlik 200 larilik yardım alacaq və bu yardım
böhranda uşaqlarımıza sosial baxımdan dəstək olmaq və tədris ilinin
başlamasına görə həyata keçiriləcək”- Qiorqi Qaxaria
bildirib.