Hökumət vətəndaşların noyabr, dekabr, yanvar və fevral aylarının komunal xərclərini ödəyəcək
Hökumət Gürcüstan vətəndaşlarının kommunal xərclərini noyabr, dekabr, yanvar və fevral aylarında da ödəyəcək.
Bu bəyanatı Gürcüstanın Baş naziri Qiorqi Qaxaria hökumət iclasında bildirib.

“Vətəndaşlarımızın ailə gəlirinin azalmasını, yaxud iş yerlərini itirməsini qarşılamaq üçün hökumət kommunal xərclərə dəstək baxımından bu proqram qış ayları ərzində davam etdirilməsi barədə qərar qəbul edib. Proqram noyabr, dekabr, yanvar və fevral aylarında həyata keçiriləcək. Prinsip olduğu kimi qalır, 200 kilovat elektrik enerjisi və 200 kub metr qazdan istifadə olunan halda hökumət xərcləri ödəyəcək. Bizim maddi vəziyyəti nisbətən yaxşı olan vətəndaşlarımızın proqramdan imtina etmək imkanı da olacaq”,
– Qaxaria bildirib.

Print Email
FaceBook Twitter Google