Gürcüstanın Baş naziri Qiorqi Qaxarianın sözlərinə görə,
pandemiya zamanı işini itirmiş özünüməşğullar və sənədləri tam
doldura bilməyənlər 300 larilik yardımı ala biləcəklər.
Onun sözlərinə görə 80 000 nəfər 300 larilik yardımla bağlı
sənədləri doldura bilməyib. Ancaq buna baxmayaraq proqramın sonunda
onlara yardım yenə də köçürüləcək.
“Özünüməşğullara dəstək proqramına bir neçə ay əvvəl başladıq. Bu
dövr ərzində Gürcüstan hökumətinə 250 min Gürcüstan vətəndaşı
birdəfəlik 300 larilik yardım üçün müraciət edib. Əlbəttə bu
yardımı 170 min nəfər vətəndaş alıb. Onlar sənədləri tam
doldurublar.
Ancaq bu gün biz ikinci mərhələyə keçənə və özünüməşğullar üçün
proqramı başa vurana qədər qərar qəbul etdik ki, sənədləri tam
doldurmayan, qalan 80 000 nəfər Gürcüstan vətəndaşına da 300
larilik yardımı köçürək”- Qaxaria bildirib.