Meliorasiya xidməti ödənişlərindən 15 334 abunəçi azad olunub

10 hektaradək əraziyə görə suvarma və drenaj xidmətləri alan fermerlər "Kənd və fermerlərə qayğı" Kənd Təsərrüfatı Böhran Əleyhinə Planından faydalanırlar və 2020-ci il meliorasiya xidməti ödənişlərindən azad olunublar.



Bu günə qədər dövlət güzəştindən 15 334 abunəçi bəhrələnib və 2020-ci ilin meliorasiya xidməti ödənişlərindən azad edilib. Bu proqramdan yararlanan benefisiarlar ümumilikdə 2 087 082 lari qənaət etmiş olurlar.

Bundan əlavə, "Kənd və fermerlərə qayğı" Kənd Təsərrüfatı Böhran Əleyhinə Planı çərçivəsində su istifadəçilərinin "Georgia Melioration” MMC-yə 2020-ci ilə qədər olan borcları tamamilə silinib.

Mənbə: BM

 

Print Email
FaceBook Twitter Google