Xəbərlər
08.08.08 – “avqust müharibəsindən“ 12 il keçir
2008-ci il müharibəsi zamanı rus güllələri 224 nəfər mülki şəxs, 14 nəfər Daxili İşlər Nazirliyi əməkdaşı və 170 nəfər Müdafiə Nazirliyi hərbçisinin – o cümlədən 22 zabit, 133 kapral və serjant, 10 ehtiyatda olan hərbçi, 3 könüllü və bir sıravi əsgərin həyatına son qoydu. Ən çox itki isə silahlı qüvvələrin IV piyada briqadası verdi.

GEORGIA-RUSSIA-CONFLICT

Ehtiyatda olan hərbçi, Marneuli sakini Zaza Boçoidze müharibəyə getdi və qayıtmadı. Zazanın anası Nino Boçoidze deyir:

“Ana, mən hərbçi olmalıyam – dedi. Həmin vaxt onu ehtiyat hərbçi kimi xidmətə çağırdılar. Ehtiyat hərbçi kimi yox, müharibəyə getdi. Bir dəqiqə də tərəddüd etmədi. Qalxdı və getdi. Uşaqlar onun dalınca gəlməli idilər, atası aldatdı ki, heç kəs gəlməyib. Uşaqlara Marneulidə çata bilmədi, taksiyə əyləşdi və Vazianiyə getdi. 7 avqustda getdi və bir daha qayıtmadı”…

08.08.08

Beşgünlük müharibə zamanı 2232 Gürcüstan vətəndaşı yaralandı, bunlardan 1187 nəfər mülki şəxs, 1045 nəfər isə hərbçi idi. Ən çox yaralı IV piyada briqadasında idi – 271 nəfər, II piyada briqadasından 251, milli qvardiyadan isə 116 nəfər yaralanmışdı.

Aviasiya üzrə kiçik serjant, bort-mexanik 20 yaşlı Qiorqi Nanuaşvili 2008-ci il 8 avqustda Marneuli hərbi aerodromunun ruslar tərəfindən bombalanması zamanı həlak oldu.

Avqust müharibəsi zamanı məcburi köçkünlərə 26 000 min nəfər Gürcüstan vətəndaşı da əlavə olundu və nəticədə Gürcüstan miqyasında məcburi köçkünlərin sayı təxminən 264 000 nəfərə çatdı.

Gürcüstan mərkəzi hakimiyyəti Axalqori, Kornisi, Cava rayonları və Tsxinvali şəhəri üzərində nəzarəti itirdi. Cənubi Osetiya Muxtar Vilayətinin işğal olunmuş ərazisi 4 300 kvadrat kilometr təşkil edir.

08.08.08

Rusiya Federasiyası ümumilikdə 13 000 kvadrat kilometr ərazini işğal edib, bu ərazilərdə də 1015 kənd, qəsəbə və şəhər yerləşir. “Sürünən ilhaq” taktikası nəticəsində işğal olunmuş ərazilərin sahəsi ildən-ilə artır.

Bundan başqa, rəsmi Tbilisi Qaqra, Qudauta, Suxumi, Qulripşi, Oçamçire və Qali rayonları, Kodori dərəsi və Suxumi şəhəri – ümumilikdə 8700 kvadrat kilometr ərazidə hakimiyyəti itirib.
FaceBook Twitter Google