Bu gündən etibarən Gürcüstanda hava pisləşəcək, ölkə ərazisində
yağış yağacaq.
Bu barədə ölkənin Ətraf Mühit üzrə Milli Agentliyindən
bildirilib.
Yağıntılı hava şəraitinin avqustun 15-dək davam edəcəyi
gözlənilir.
Sinoptiklərin proqnozuna əsasən, Gürcüstanın qərbində havanın
temperaturu +24, şərqində isə +28 dərəcəyədək enəcək.
Tbilisidə isti hava avqustun 11-dək davam edəcək, daha sonra
qısamüddətli yağış yağacaq. Havanın temperaturu 3-5 dərəcə aşağı
düşəcək.
Mənbə: NewsBureau