Marneulidə "Beynəlxalq Gənclər Günü"nə həsr olunmuş tədbir keçiriləcək
Marneuli meriyasının təşəbbüsü ilə 12 avqust tarixində saat 18:00-da Marneuli Mədəniyyət evinin qarşısında "Beynəlxalq Gənclər Günü"nə həsr olunmuş tədbir keçiriləcək. Bu barədə məlumatı Marneuli merinin gənclərlə işi üzrə müşaviri Adil Əliyev məlumat verdi.

Onun sözlərinə görə, tədbirin məqsədi ali məktəblərdə təhsil almaq istəyən gəncləri univerisitet və koleclərlə tanış etmək və gənclərin seçimini asandlaşdırmaqdır.

"Məqsədimiz, təhsil almaq istəyən gənclərimizi ali məktəblərimizlə tanış etmək və onların seçimlərini asanlaşdırmaqdır. Ümid edirəm ki, bütün gənclərimiz bu tədbirdə iştirak edərək, onlara maraqlı olan suallara yerindəcə cavab tapacaqlar. Hər birinizin aktiv olmağınızı xaiş edirəm", – Adil Əliyev dedi.

Adil Əliyevin onu da bildirdi ki, gənclərin tədbirdə iştirak etməsi üçün meriya tərəfində nəqliyyat da ayrılıb və bunun üçün məktəb drektorlarına da məlumat veriləcək.

Tədbirdə Gürcüstanda fəaliyyət göstərən universitetlərin və kolleclərin sərgisi də baş tutacaq.

Qeyd edək ki, görüşdə İlia Dövlət Universiteti, Cavaxişvili Dövlət Universiteti, Gürcüstan Dövlət Texniki Universiteti, Gürcüstan Dövlət İdman Akademiyası, Gürcüstan Dövlət Aviasiya Universiteti, Davit Ağmaşenebeli adına Milli Təhlükəsizlik Akademiyası və akreditə olunmuş peşə məktəbləri-kolleclərin nümayəndələri də qatılacaq.

Print Email
FaceBook Twitter Google