Avqustun 4-dən 5-nə keçən gecə Axaltsixedə Mərdəliyevlər ailəsi
hücum və təhqirə məruz qalıb.
Bir qrup şəxs ailəyə məxsus avtomobilə taxta dəyənəklərlə ziyan
vurub.
Hücum edən şəxslər
“Siz türksünüz, siz
azərbaycanlısınız, Gürcüstandan rədd olun!” deyə
qışqırıblar.
Ailə üzvlərinin bildirdiyinə görə, isnidentlə bağlı cinayət işi
açılıb və artıq bir nəfər saxlanılıb.
Bu gün Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları
Mərdəliyevlər ailəsinə baş çəkiblər, onları narahat edən məsələləri
müzakirə ediblər.
Mərdəliyevlər ailəsinin üzvləri məhsəti türkləri olan Azərbaycan
vətəndaşlarıdır.
Qeyd edək ki, bu, Axaltsixedə milli zəmində baş verən ikinci
insidentdir. Belə ki, iyulun 18-də Samtsxe Cavaxeti Dövlət
Universitetinin azərbaycanlı və erməni tələbələri arasında mübahisə
yaşanıb. Hadisədən sonra 18 Azərbaycan vətəndaşı Tbilisiyə təxliyə
olunub. Hadisələrə səbəb Azərbaycan-Ermənistan sərhədində ötən ay
baş vermiş gərginlikdir.
Mənbə: NewsBureau