Gürcüstan parlamentinin Dmanisidən olan majoritar deputatı Kaxa
Okriaşvili biznesmen qardaşlar – Sezar və Yaqo Çoçeli ilə “Tərəqqi
və azadlıq” partiyasına qoşulublar.
Nikoloz Qvritişvilinin sədri olduğu partiya parlament seçkilərində
iştirak üçün Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib.
Beləliklə, K.Okriaşvili parlament seçkilərinə Çoçeli qardaşları ilə
birgə gedəcəyi məlum olur.
Dmanisi meri Giorgi Tatuaşvilinin hakim Gürcü Arzusu Partiyasından
qovulmasına səbəb onun K.Okriaşvilinin namizədliyini dəstəkləməyə
hazırlaşmasıdır.
Qeyd edək ki, K. Okriaşvili üç dəfə deputat seçilib. Sonuncu dəfə
Dmanisidən majoritar deputat seçilib. O, “PSP” aptek, eyniadlı
klinika və sığorta şirkətləri şəbəkəsinin sahibidir.
Mənbə: NewsBureau