Gürcüstanda qeyri-sabit hava şəraiti həftənin sonunadək davam edəcək
Gürcüstan ərazisində qeyri-sabit hava şəraiti həftənin sonunadək davam edəcək. Milli Ekologiya Agentliyinin Hidrometeoroloji Proqnoz Xidmətinin rəhbəri Svetlana Nioradzenin sözlərinə görə, Qara dəniz bölgəsində həftənin sonunadək vaxtaşırı yağış yağacağı və şimşək çaxacağı gözlənilir.

"Nisbətən sərin və rütubətli hava kütlələri dünən axşamdan yayılmağa başladı, Gürcüstanın qərb bölgəsinin bütün rayonlarında, Şərqi Gürcüstanın isə bəzi yerlərində yağış yağdı. Həftənin sonuna qədər həm Qərbi, həm də Şərqi Gürcüstanda qeyri-sabit hava şəraiti olacaq, arabir yağış yağacaq və vaxtaşırı günəşli hava olacaq.

Gürcüstanın qərb bölgəsində yüksək temperatur müşahidə olunurdu, bu gündən etibarən sərinləşəcək və havanın temperaturu 23-28 dərəcə, Gürcüstanın şərqində isə 26-31 dərəcə isti olacaq. Tbilisidə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı və 28-30 dərəcə isti olacağı gözlənilir
", - deyə Svetlana Nioradze bildirib.

Print Email
FaceBook Twitter Google