Futbolçu Qiorqi Şakaraşvili işinə görə prokurorluq "Toyota
Camry"nin 5 sərnişininə qarşı Gürcüstanın CM-nin 109-cu maddəsinin
maddənin 2-ci hissəsinin "e" bəndinə əsasən cinayət işi açıb. Həmin
maddə qrup şəklində qəsdən adam öldürməni nəzərdə tutur.
Prokurorluqda keçirilən brifinqə əsasən, bu ittiham Vaxtanq
Çikovani, Arçil Qaqnidze, Nikoloz Revazişvili, yetkinlik yaşına
çatmayanlar A.K. və Z.K.-ya qarşı irəli sürülüb.
Məlumat üçün bildirək ki, ailəsi iyunun 19-da futbolçu Qiorqi
Şakaraşvilinin itməsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət
edib. 4 günlük axtarış nəticəsində dalğıclar futbolçu Qiorqi
Şakaraşvilinin cəsədini sudan tapmışdılar. Bu işə görə 17 nəfər
həbs olunub, onlardan 6-sı azyaşlıdır.
Saxlanılanların bir qismi təcavüz, dəstə zorakılığı təşkil etmək,
dəstə zorakılığında iştirak etmək, qanunsuz azadlıqdan məhrum etmə
və qəsdən qrup şəklində qətlə görə ittiham olunur.
Onların hamısı barəsində həbs qətimkan tədbiri seçilib.