“Lelo Gürcüstan Üçün” partiyasının Marneuli və Qardabani majoritar dairəsindən deputatlığa namizədi Murad Muradov olacaq
Bu gün, 12 avqust tarixində “Lelo Gürcüstan Üçün” partiyası majoritar deputatlığa namizədlərinin təqdimetmə mərasimini keçirib. Təqdimat mərasimi Msxetada baş tutub. Mərasimdə partiya ölkə üzrə bütün majoritar namizədlərini təqdim edib.

Marneuli və Qardabani seçki dairəsi üzrə də namizəd təqdim olunub. Bu seçki dairəsinə rəsmi olaraq partiyanın Marneuli regional təşkilatının rəhbəri Murad Muradovun namizədliyi irəli sürülüb. Murad Muradovun namizədliyi partiyanın sədri Mamuka Xazaradze tərəfindən təqdim olunub.



Ölkə üzrə majoritar namizədlərin siyahısını təqdim edirik:
  1. Kutaisi seçki dairəsindən – Ana Natsvlişvili
  2. Qldani seçki dairəsindən – Qiqla Mikautadze
  3. Batumi seçki dairəsindən – İrakli Kupradze
  4. Samqori seçki dairəsindən – Pikriya Çixradze
  5. Xaşuri və Kareli seçki dairəsindən – Kaxa Kojoridze
  6. Marneuli və Qardabani seçki dairəsindən – Murad Muradov
  7. Vake seçki dairəsindən – Levan Koberidze
  8. Qurcaani, Saqareco, Siğnaği və Dedoplistskaro seçki dairəsindən – Eka Kvlividze
  9. Mtatsminda-Krtsanisi seçki dairəsindən – Saba Buadze
  10. Msxeta, Duşeti, Tianeti, Kazbeqi seçki dairəsindən – Soso (Malxaz) Vaxtanqişvili
  11. Ozurqeti, Lançxuti və Çoxatauri seçki dairəsindən – Qiorqi Sioridze
  12. Didube-Çuğureti seçki dairəsindən – Levan Samuşia
  13. Zuqdidi seçki dairəsindən – Aleksandre Axvlediani
  14. İsani seçki dairəsindən – Lana Qaldava
  15. Xelvaçauri, Keda, Şuaxevi, Xulo seçki dairəsindən – Cambul Xozrevanidze
  16. Nadzaladevi seçki dairəsindən – Nikoloz Çerkezişvili
  17. Qori və Kaspi seçki dairəsindən – Papuna Koberidze
  18. Zestafoni, Bağdati, Tercola, Tkibuli seçki dairəsindən – Ana Bibilaşvili
  19. Poti, Xobi, Senaki seçki dairəsindən – Qiorqi Baramia
  20. Rustavi seçki dairəsindən – Qriqol Qeqelia
  21. Samtredia, Tskaltubo, Vani, Xoni seçki dairəsindən – Tornike Artmeladze
  22. Ambrolauri, Oni, Saqeri, Mestia, Lentexi seçki dairəsindən – Soso Liparteliani
  23. Saçxere, Çiatura, Xaraqauli seçki dairəsindən – Ani Mirotadze
  24. Kobuleti seçki dairəsindən – Paata Sivadze
  25. Saburtalo seçki dairəsindən – Badri Caparidze
Xatırladırıq ki, “Lelo” vətəndaş hərəkatı 12 sentyabr 2019-cu ildə “TBC Bank”-ın təsisçiləri və keçmiş rəhbərləri Mamuka Xazaradze və Badri Caparidze tərəfindən təsis olunub.

Print Email
FaceBook Twitter Google