Təhsil naziri: “Məktəblər sentyabrın 15-də açılacaq”
“Gürcüstanda yeni dərs ili öncə elan etdiyimiz kimi sentyabrın 15-də başlayacaq”.

Bunu ölkənin səhiyyə naziri Mixeil Çxenkeli jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, hazırkı epidemioloji vəziyyətə əsaslanaraq demək olar ki, tarixin təxirə salınması üçün əsas yoxdur.

M.Çxenkeli məktəblərin fəaliyyəti ilə bağlı tövsiyələrin hazırlandığını və yaxın günlərdə onların ictimaiyyətə təqdim olunacağını qeyd edib.

Mənbə: NewsBureau
Print Email
FaceBook Twitter Google