Xəbərlər
Nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi 2021-ci ilin martına qədər təxirə salınır
Avtomobil sahiblərinə avtomobillərinin gömrük rəsmiləşdirilməsi üçün 2021-ci ilin martına qədər vaxt verilir. Müvafiq tapşırığı hökumətin bugünkü iclasında baş nazir Qiorqi Qaxaria maliyyə nazirinə verib.

Baş nazirin sözlərinə görə, gömrük rəsmiləşdirməsinə qədər olan dövr ərzində ödənişin üzərinə faiz gəlməyəcək.

“Fakt budur ki, böhranın təsiri hələ uzun müddət davam edəcək. Avto idxalçılar artıq bir neçə dəfə bizə müraciət ediblər. Biz gömrük rəsmiləşdirməsini cari büdcə ili üçün artıq bir dəfə təxirə salmışdıq, amma yəqin ki, 2021-ci ilin mart ayına qədər təxirə salsaq daha yaxşı olar və müvafiq olaraq ödəniləsi məbləğin üzərinə faiz də gəlməyəcək. Bu güzəşt, ölkədə olan 24 000-dən çox avtomobilə şamil olunacaq ki, bu da ümumilikdə 30 milyon laridən artıq vergi rüsumunun təxirə salınması deməkdir”, – deyə Qaxaria bildirib.

FaceBook Twitter Google