Baş nazir Qiorqi Qaxarianın sözlərinə görə, hökumət 2020-ci ilin
dekabrına qədər alma alışına subsidiya verəcək.
Sözügedən bəyanatı Qaxariya hökumətin bu gün keçirilən iclasında
verib.
Baş nazirin izah etdiyi kimi, proqramda iştirak edəcək bütün
şirkətlər 10 tetri əlavə subsidiya alacaqlar.
“İqtisadi böhran çərçivəsində müxtəlif sektorlara kömək edirik və
kənd təsərrüfatına xüsusi diqqət yetiririk. Əsas məqsəd,
fermerlərimizin istehsal etdiyi bir qram məhsulun belə diqqətdən
kənarda qalmamasıdır ki, üzümçülüyə dəstəyimizin səbəbi də məhz bu
idi. Bildiyiniz kimi, bu il hökumət üzüm alışına subsidiya verir və
atacağımız növbəti addım alma məhsulunun satışına dəstək olacaq. Bu
il beynəlxalq bazarlarda almanın qiyməti xeyli aşağı düşdü, buna
görə də Kənd Təsərrüfatı Nazirliyinin tövsiyəsi ilə bu gün standart
olmayan almaya əlavə 10 tetri subsidiya vermək qərarı verməliyik,
nəticədə sahibkarlarımız, fermerlərimiz üçün bu qiymət ən az 22
tetri olacaq. Xüsusilə alma yerləşdirilməsi üçün qurulacaq
satınalma qərargahında iştirak edəcək bütün şirkətlər əlavə 10
tetri miqdarında bu subsidiyadan yararlanacaqlar. Bu yəqin ki,
bölgə üçün vacibdir, ona görə də burada düzgün və səmərəli iş
görməliyik. Bu proqram 2020-ci ilin dekabrına qədər davam
edəcək", – deyə Qaxaria bildirib.