Ermənistanda əhalinin mitinq keçirməsinə icazə veriləcək

"Ermənistanda fövqəladə vəziyyət rejimini yüngülləşdirmək qərarı yaxın günlərdə elan ediləcək", – deyə Ermənistanın baş nazirinin müavini Tiqran Avinyan növbədənkənar parlament iclasında bildirib.



Onun sözlərinə görə, bir ailənin üzvlərinin toplandığı halda açıq yerlərdə maska taxmaq öhdəliyi qaldırılacaq.

Bundan əlavə, Ermənistanın baş nazirinin müavininin sözlərinə görə, mitinq və nümayişlərin keçirilməsinə qoyulan məhdudiyyətlər də qaldırılacaq.

“Mitinqin nə keçirilmə müddətinə, nə də toplaşanların sayına görə heç bir məhdudiyyət olmayacaq. Yalnız epidemioloji qaydalara riayət etmək öhdəliyi qalacaq - maska taxmaq və sosial məsafəni qorumaq."

Müəyyən məhdudiyyətlərin qaldırılması ilə paralel olaraq, Ermənistanda fövqəladə vəziyyət rejimi sentyabrın 11-nə qədər uzadılıb.
Bunlarla yanaşı, xarici vətəndaşlara 14 günlük karantini və ya koronavirus testini keçdiyi təqdirdə Ermənistana girməsinə icazə veriləcəkdir.

Bu gün, 13 avqusta olan rəsmi məlumatlara görə, ötən sutka ərzində Ermənistanda koronavirusa 229 yoluxma halı aşkar edilmişdir. Ölkədə təsdiqlənmiş Covid-19 hallarının sayı 41 mini keçib ki, bunlardan da 33 897 nəfər sağalıb, 1047 nəfər isə ölüb.

 

Mənbə: Netgazeti

 

Print