Gürcüstanda koronavirusa 218 yeni yoluxma halı aşkarlanıb, 40 nəfər isə sağalıb
22 sentyabr tarixinə olan məlumata görə, son 24 saat ərzində Gürcüstanda koronavirusa (Covid-19) 218 yeni yoluxma halı aşkarlanıb və yoluxan insanların sayı 3913 nəfərə çatıb.

Bu barədə məlumat hökumət tərəfindən xüsusi yaradılan stopcov.ge saytında yayımlanıb.

Sağalanların sayında da artım var – daha 40 nəfər sağalıb və sağalanların sayı 1574 nəfər olub.

4988 vətəndaş karantin rejimindədir, 836 nəfər isə xəstəxana nəzarətindədir.

41 Gürcüstan vətəndaşı müalicə üçün xaricdən vətənə qaytarılıb.

Gürcüstanda koronavirusdan ölənlərin sayı 22 nəfərdir.
Print Email
FaceBook Twitter Google