"Vətəndaşlarımızla cərimələrlə danışmağa ehtiyac duymamalıyıq" – Hökumət administrasiyasının rəhbəri
"Vətəndaşlarla danışıqda cərimələrə ehtiyac duymamalıyıq", – Hökumət administrasiyasının rəhbəri Natia Mezvrişvili deyib. O, bu gün fövqəladə vəziyyətin və karantin planlaşdırılmadığını bir daha təkrarlayıb.

“Çox şey öyrəndiyimizi nəzərə alsaq, vətəndaşlarımızla cərimələrlə danışmağa ehtiyac duymamalıyıq. Təəssüf ki, cərimələnmədən və sərt yanaşmalara məruz qalmadan da, maskanı taxmalı, məsafəni qorumalıyıq. Yoluxma hallarının artması hər birimizin qaydalara necə əməl etməsindən asılıdır. Unutmamalıyıq ki, önümüzü görmədən atdığımız hər bir addım yoluxma hallarının sayının artması ilə birbaşa əlaqəlidir. Qaydalara mümkün qədər əməl edin",
– Natia Mezrvişvili deyib.

Onun sözlərinə görə, yoluxma hallarının artmasına baxmayaraq, vəziyyət nəzarət altındadır.

Məlumat üçün, bu gün 218 koronavirusa yoluxma halı təsdiq edilib, 3 nəfər isə dünyasını dəyişib.

Mənbə: BM
Print Email
FaceBook Twitter Google