Amiran Qamkrelidzenin vətəndaşlara müraciəti: "Sadəcə bir silah var – maska"
“Maska taxmaq mədəniyyətini gücləndirməliyik", – Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.
O, maskadan istifadə edərkən virusun yayılma riskinin 1%-dən az olduğunu bildirib.

“Hələ ki, nə peyvənd, nə də dərman var, nə də birinin və ya digərinin nə zaman yaranacağını bilmirik. Yalnız bir silahımız var – maska. Ölkədəki maska mədəniyyətini mümkün qədər gücləndirməliyik. İki insan maska taxıbsa və onlardan biri virusa yoluxubsa, infeksiyanın digər şəxsə keçmə ehtimalının 1%-dən az olduğuna dair bir çox dəlil var. Maska pandemiyaya qarşı mübarizədə ən güclü silahdır. Yaşayış yerini dezinfeksiyaedici məhlullarla tez-tez təmizləmək, məsafəni qorumaq və maska taxmaq – bu tövsiyələrə əməl etsək, xəstəliyin qarşısını alacağıq. Yoluxma sayında artım var, amma proses idarə edilə biləcək vəziyyətdədir”, – dedi Amiran Qamkrelidze.

Məlumat üçün: Bu gün 218 yeni koronavirusa yoluxma halı təsdiqlənib. 3 nəfər virus səbəbi ilə dünyasını dəyişib.

Mənbə: BM
Print Email
FaceBook Twitter Google