Burcanadze: “Saakaşvilinin Gürcüstana qayıtmaq şansı 1%-dir”
“Mixeil Saakaşvili vədlərinə baxmayaraq, Gürcüstana qayıtmayacaq”.

Bunu “Vahid Gürcüstan – Demokratik hərəkat” partiyasının sədri Nino Burcanadze “RİA Novosti”yə müsahibəsində deyib.

“Xeyr, o qayıtmayacaq. Bu o insan deyil ki, öz rifahı və azadlığını sual altına qoysun. Onun qayıtmaq şansı 1%-ə bərabərdir. O, hakimiyyətə dəqiq qayıtmayacaq”,
– o bildirib.

Siyasətçi hesab edir ki, gürcü xalqı Vahid Milli Hərəkatı dəstəkləməyəcək: “Hətta koalision hökumətdə belə mən Saakaşvilinin namizədliyini heç vaxt dəstəkləməyəcəm”.

Mənbə: NewsBureau
Print