Xəta
  • PHPImageWorkshop\Exception\ImageWorkshopBaseException: [2]: File "/var/www/marneulifm.ge/public_html//images/temp/2018/10/04/bf4bf3c46df8f47ef0e6c9d862ad7cb2.jpg" not exists.
Xəbərlər
Bolnisinin kəndlərində müxalifətin seçki plakat cırılıb (VIDEO)
Bolnisi bələdiyyəsinin kəndlərində “Güc birlikdədir” seçki blokundan majoritar deputatlığa namizəd Kaxa Okriaşvilinin seçki plakatları cırılıb. Plakatların cırılması halları İmirhəsən, Qoçulu, Aragöl, Zol-Güvəc və Darvaz kəndlərində qeydə alınıb.

“Vahid Milli Hərəkat” partiyasının Bolnisi rayonun azərbaycanlılar üzrə şöbə müdiri Fəqan Hüseynov plakatların cırılmasında Faxralı və İmirhəsən kəndlərinin icra nümayəndəsi Novruz Ayvazovu və Bələdiyyə Məclisinin üzvlərini günahlandırır. Hüseynovun sözlərinə görə, artıq hadisə ilə bağlı polisə şikayət də edib.



Fəqan Hüseynov onu da qeyd etdi ki, plakatların hakimiyyət nümayəndələri tərəfindən cırılmasının şahidləri də var.

Məsələyə aydınlıq gətirmək üçün Faxralı və İmirhəsən kəndlərinin icra nümayəndəsi Novruz Ayvazovla əlaqə saxladıq. Ayvazov onun barəsində irəli sürülən ittihamları rədd etdi. O, bildirdi ki, seçkiqabağı bu cür hadisələr müxalifətin özlərinin təxribatlardır.



İcra nümayəndəsi onu da əlavə etdi ki, o bu səhər İmirhəsən kəndində əhali ilə görüş keçirib. O, görüşdə bildirib ki, seçki plakatların cırılması qanunla cinayət hesab olunur.


FaceBook Twitter Google