Gürcüstanın Baş naziri Qiorqi Qaxaria, koronavirus pandemiyası
səbəbi ilə tətbiq olunan məhdudiyyətlərin artıq sistemli
olmayacağını söylədi. Onun sözlərinə görə, xüsusən də ibtidai
siniflər üçün, dərslər yenidən sinif otaqlarında
keçirilməlidir.
"Məhdudiyyətlər olmadan sərt qaydalarla,
nizam-intizamla, gigiyenamızın elementar qaydalarına riayət etməklə
- maska taxmaqla, məsafəni qorumaqla, virusun yayılmasının
qarşısını almalıyıq.
Bununla yanaşı, nəzəri olaraq tətbiq edilə biləcək məhdudiyyətlərin
yalnız və yalnız məqsədyönlü və lokal olacağını söyləmək istəyirəm.
Lakin bu məhdudiyyətlər ölkə miqyaslı olmayacaq və iqtisadiyyat,
təhsil və hətta siyasət , seçki prosesi kimi sahələrə də
şamil
edilməyəcək",
– Qiorqi Qaxaria dedi.
Qaxaria həmçinin bu gün koronavirus epidemiyasının yayılmasına
qarşı yaradılan Koordinasiya Şurasının tədris prossesinin bərpa
olunması mərhələsini müzakirə edəcəyini söylədi.
"Riskləri nəzərə alaraq, nöqtəvi məhdudiyyətlərlə,
ölkədə təhsil prossesi də daxil olmaqla normal həyat bərpa olunmalı
və uşaqlar, xüsusən də ibtidai sinif şagirdləri siniflərə
qayıtmalıdırlar",– deyə Baş nazir əlavə edib.