Uşaqlar siniflərə qayıtmalıdırlar - Qaxaria

Gürcüstanın Baş naziri Qiorqi Qaxaria, koronavirus pandemiyası səbəbi ilə tətbiq olunan məhdudiyyətlərin artıq sistemli olmayacağını söylədi. Onun sözlərinə görə, xüsusən də ibtidai siniflər üçün, dərslər yenidən sinif otaqlarında keçirilməlidir.



"Məhdudiyyətlər olmadan sərt qaydalarla, nizam-intizamla, gigiyenamızın elementar qaydalarına riayət etməklə - maska taxmaqla, məsafəni qorumaqla, virusun yayılmasının qarşısını almalıyıq.

Bununla yanaşı, nəzəri olaraq tətbiq edilə biləcək məhdudiyyətlərin yalnız və yalnız məqsədyönlü və lokal olacağını söyləmək istəyirəm. Lakin bu məhdudiyyətlər ölkə miqyaslı olmayacaq və iqtisadiyyat, təhsil və hətta siyasət , seçki prosesi kimi sahələrə də şam
il edilm
əyəcək", – Qiorqi Qaxaria dedi.

Qaxaria həmçinin bu gün koronavirus epidemiyasının yayılmasına qarşı yaradılan Koordinasiya Şurasının tədris prossesinin bərpa olunması mərhələsini müzakirə edəcəyini söylədi.

"Riskləri nəzərə alaraq, nöqtəvi məhdudiyyətlərlə, ölkədə təhsil prossesi də daxil olmaqla normal həyat bərpa olunmalı və uşaqlar, xüsusən də ibtidai sinif şagirdləri siniflərə qayıtmalıdırlar",– deyə Baş nazir əlavə edib.

Mənbə: Netgazeti

 

Print