Marneulidə bir nəfər koronavirusa yoluxub
Marneulidə koronavirusa bir yoluxma halı qeydə alınıb. Qeyd olunan məlumatı, Tbilisi Yoluxucu Xəstəliklər Klinikasının nümayəndəsi Marina Endeladze verib.
“Marneuli” radiosu yoluxan şəxslə əlaqə saxlamağa çalışır.

Bu məlumata malik olan yeganə orqan Marneulinin İctimai Səhiyyə Mərkəzidir. Ancaq mərkəzin rəhbəri Eter Laperadze bizimlə söhbət etməkdən imtina etdi və bizi mətbuat mərkəzinə istiqamətləndirərək telefonu söndürdü.

Bir neçə aydır ki, Marneulidə koronavirusa yoluxma halı qeydə alınmayıb.

Bu gün ölkə miqyasında koronavirusa yeni 259 yoluxma aşkarlanıb.

(Məlumat yenilənəcək)

Print Email
FaceBook Twitter Google