Marneulidə koronavirusa bir yoluxma halı qeydə alınıb. Qeyd olunan
məlumatı, Tbilisi Yoluxucu Xəstəliklər Klinikasının nümayəndəsi
Marina Endeladze verib.
“Marneuli” radiosu yoluxan şəxslə əlaqə saxlamağa çalışır.
Bu məlumata malik olan yeganə orqan Marneulinin İctimai Səhiyyə
Mərkəzidir. Ancaq mərkəzin rəhbəri Eter Laperadze bizimlə söhbət
etməkdən imtina etdi və bizi mətbuat mərkəzinə istiqamətləndirərək
telefonu söndürdü.
Bir neçə aydır ki, Marneulidə koronavirusa yoluxma halı qeydə
alınmayıb.
Bu gün ölkə miqyasında koronavirusa yeni 259 yoluxma
aşkarlanıb.
(Məlumat yenilənəcək)