Baş nazir - Tətbiq olunan hər hansı məhdudiyyət məqsədli və lokal olacaq, ölkə miqyasında sistemli məhdudiyyətlər qoyulmayacaq

Gürcüstanın Baş naziri Qiorqi Qaxarianın sözlərinə görə, gələcəkdə tətbiq olunacaq pandemiya ilə bağlı məhdudiyyətlər sistemli olmayacaq və yalnız lokal xarakter daşıyacaq.


Qaxarianın hökumət iclasında qeyd etdiyinə görə, inkişaf etmiş ölkələrlə müqayisədə gürcü səhiyyə sisteminin zəif olmasına baxmayaraq, ölkə pandemiya ilə yaxşı mübarizə aparır.

“Fövqəladə vəziyyətin elan edilməsinə və sərt qaydaların tətbiq olunmasına qərar verən zaman əlbəttə, biz ölkə resursunu, səhiyyə sisteminin vəziyyətini də nəzərə aldıq. Gürcüstanın səhiyyə sistemi digər inkişaf etmiş sistemlərlər müayisədə zəifdir, ancaq virusla bağlı vəziyyətin öhdəsindən yaxşı gəldi. İlluziya yaratmamlıyıq ki, 6 ay ərzində səhiyyə sistemi radikal şəkildə dəyişdi. İndi məhdudiyyət və iqtisadiyyatın dayandırılması ilə deyil, sərt qaydalarla, nizam-intizamla virusun yayılmasının qarşısını almağa hazır olmalıyıq. Bununla yanaşı hər hansı tətbiq edilmiş məhdudiyyət yalnız və yalnız məqsədli və lokal olacaq. Ölkə miqyasında sistemli məhdudiyyətlər olmayacaq. Həmçinin, bizim həyatımızın iqtisadiyyat, təhsil yaxud seçki prosesi kimi istiqamətlərində məhdudiyyət tətbiq edilməyəcək”, – Qaxaria bildirib.

 

Print Email
FaceBook Twitter Google