Gürcüstanın Baş naziri Qiorqi Qaxarianın sözlərinə görə,
gələcəkdə tətbiq olunacaq pandemiya ilə bağlı məhdudiyyətlər
sistemli olmayacaq və yalnız lokal xarakter daşıyacaq.
Qaxarianın hökumət iclasında qeyd etdiyinə görə, inkişaf etmiş
ölkələrlə müqayisədə gürcü səhiyyə sisteminin zəif olmasına
baxmayaraq, ölkə pandemiya ilə yaxşı mübarizə aparır.
“Fövqəladə vəziyyətin elan edilməsinə və sərt
qaydaların tətbiq olunmasına qərar verən zaman əlbəttə, biz ölkə
resursunu, səhiyyə sisteminin vəziyyətini də nəzərə aldıq.
Gürcüstanın səhiyyə sistemi digər inkişaf etmiş sistemlərlər
müayisədə zəifdir, ancaq virusla bağlı vəziyyətin öhdəsindən yaxşı
gəldi. İlluziya yaratmamlıyıq ki, 6 ay ərzində səhiyyə sistemi
radikal şəkildə dəyişdi. İndi məhdudiyyət və iqtisadiyyatın
dayandırılması ilə deyil, sərt qaydalarla, nizam-intizamla virusun
yayılmasının qarşısını almağa hazır olmalıyıq. Bununla yanaşı hər
hansı tətbiq edilmiş məhdudiyyət yalnız və yalnız məqsədli və lokal
olacaq. Ölkə miqyasında sistemli məhdudiyyətlər olmayacaq.
Həmçinin, bizim həyatımızın iqtisadiyyat, təhsil yaxud seçki
prosesi kimi istiqamətlərində məhdudiyyət tətbiq
edilməyəcək”, – Qaxaria bildirib.